Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Cəbrayılın azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamla 5863 hərbi qulluqçu “Füzulinin azad olunmasına görə” medalı ilə, 11 min 831 hərbi qulluqçu “Xocavəndin azad olunmasına görə” medalı ilə, 3435 hərbi qulluqçu “Zəngilanın azad olunmasına görə” medalı ilə, 5867 hərbi qulluqçu “Qubadlının azad olunmasına görə” medalı ilə, 10 min 211 hərbi qulluqçu “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilib.
Təltif edilən hərbçilərin arasında generallar da daxil olmaqla yüksək rütbəli zabitlər də var.