1 İyun 2021
Mətni dəyiş
“PayPal”ın rəsmi olaraq Azərbaycanda tam şəkildə işə başlaması üzərində işlər görülür.
Bunu “Azexport.az” portalının rəhbəri Ayxan Qadaşov deyib.
O bildirib ki, “PayPal” hazırda kiçik həcmdə aparılan elektron ticarətin əsasını təşkil edir:
“Əksər hallarda ödəniş vasitəsi kimi “PayPal”dan istifadə edilir. Azərbaycanda “PayPal”ın istifadəsi qismən təmin olunub. Hazırda “PayPal”ın Azərbaycanda tam olaraq funksional işə başlaması üçün müvafiq qanunvericilik və qaydalar təsdiq edilməlidir”.
“Azexport.az”un rəhbəri qeyd edib ki, “PayPal”ın Azərbaycanda tam işləməsi üçün hazırda Mərkəzi Bankla birgə işlər görülür. O əlavə edib ki, pandemiya səbəbindən səfərlərin təşkil edilə bilməməsi bunun yubanmasına səbəb olur.