Paşinyanın yeni kadr təyinatları məlum oldu

Paşinyanın yeni kadr təyinatları məlum oldu
29 İyun 2021
Mətni dəyiş
Parlament seçkilərində qələbə qazanan “Vətəndaş müqaviləsi” partiyası yeni kadr təyinatlarına başlayıb. Bu barədə “Joğovurd” qəzeti yazır. Parlamentdə partiyanın fraksiya rəhbəri postuna Ayk Koncoryan və Arpi Davoyan namizəddir. Hazırkı fraksiya rəhbəri Lilit Makuntsun isə yaxın zamanlarda ABŞ-a səfir göndərilməsi planlaşdırılır. Spiker postu uğrunda da gərgin mübarizə gedir. Hazırkı spiker Ararat Mirzoyan, onun müavini Alen Simonyan və ərazi idarəetməsi və infrastruktur naziri Suren Papikyan spikerliyə iddialıdır. Amma partiya üzvləri Mirzoyanın bu posta qalmasını istəyir. Digər bir məlumata görə, polis rəisi Vaqe Kazaryan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Armen Abazyanı əvəzləyə bilər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun