Pakistanda qatar qəzası: 30 nəfər ölüb, 50 nəfər yaralanıb

Pakistanda qatar qəzası: 30 nəfər ölüb, 50 nəfər yaralanıb
7 İyun 2021
Mətni dəyiş

Pakistanın Sindh şəhərində qatar qəzaya düşüb. Rəsmi məlumatlara görə, hərəkətsiz olan qatarlardan birinin vaqonu relsdə sürüşərək hərəkətdə olan qatara çırpılıb. 

İlkin məlumatlara görə, hadisə nəticəsində 30 nəfər ölüb, 50 nəfər yaralanıb. Xilasetmə işlərinin davam etdirildiyi bildirilib.

Azərbaycanın Xarici İşlər Nazirliyi Pakistanda onlarla insanın ölümünə səbəb olan qatar qəzası ilə bağlı başsağlığı verib.

“Pakistanın Qotki rayonunda baş verən ölümcül qatar qəzası ilə bağlı xəbər bizi dərindən kədərləndirdi. Həyatını itirmiş 30-dan çox sərnişinin ailəsinə dərin hüznlə başsağlığı diləyirik. Yaralananların hamısının tez bir zamanda sağalmasını arzulayırıq. Düşüncələrimiz və dualarımız qardaş Pakistanladır”, - başsağlığında vurğulanıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun