Nyu-Yorkda sənədlərdə cins seçimində "X" alternativinə icazə verilib

Nyu-Yorkda sənədlərdə cins seçimində "X" alternativinə icazə verilib
14 İyun 2021
Mətni dəyiş

Amerikanın Nyu-York ştatında parlament özlərini kişi və qadın cinsinə aid etməyən şəxslərin şəxsiyyət vəsiqəsi də daxil olmaqla bütün dövlət sənədlərində cinslərini "x" olaraq təqdim etməyə icazə verən qanun qəbul edib.

Millət vəkilləri bildiriblər ki, yeni qanun həyatı daha təhlükəsiz hala gətirəcək. Yeni qanunu Nyu-York meri də imzaladıqdan sonra tətbiqinə başlanılacaq.

Qanunla dövlət sənədlərində cinsiyyətini dəyişmək istəyən şəxslər artıq tibbi arayış verməyə məcbur olmayacaqlar.

May ayında bir qrup konqresmen prezident Co Baydenə şəxsiyyət vəsiqələrində və dövlət sənədlərində "x" alternativinin olmasına dair təzyiqlər edirdi.

Konqres üzvlərinin prezidentə göndərdikləri məktubda qeyd olunurdu ki, bütün federal sənədlərdə cinsiyyətlə bağlı "x" alternativinin vacib olduğuna inanırlar.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun