Nikola Sarkozinin daha bir işi: Prokurorluq 6 ay həbs cəzası istəyib

Nikola Sarkozinin daha bir işi: Prokurorluq 6 ay həbs cəzası istəyib
18 İyun 2021
Mətni dəyiş

Fransa prokurorları keçmiş prezident Nikola Sarkoziyə kampaniya xərcləmələri işi ilə əlaqədar 6 ay həbs cəzası istəyiblər.

Sarkozi 2012-ci il seçkilərinin kampaniyasındakı hədsiz xərclərə görə 13 müttəhimlə birlikdə mühakimə olunur.

Prokurorlar Sarkozinin 6 ay həbsxana şəraitində olmaqla 1 il azadlıqdan məhrum edilməsini, 3 min 750 avro da cərimələnməsini istəyiblər. Onunla birlikdə ittiham olunan şəxslərə isə 18 aydan 4 ilə qədər həbs cəzası istənilib Sarkozi məhkəmə iclasında kampaniya zamanı artıq xərclərdən istifadə etməsi ilə bağlı ittihamı rədd edərək günahsız olduğunu bildirib.

Bundan əvvəl, Paris məhkəməsi Fransanın sabiq prezidenti Nikola Sarkozini korrupsiya ittihamı üzrə təqsirli bilib. Sarkozi üç il müddətinə həbs cəzasına məhkum edilib. Bunun bir ili real həbs cəzası, iki ili isə şərti cəzadır. Prokurorluq Nikola Sarkozi üçün iki real və iki şərti həbs cəzası istəyirdi.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun