Niderlandda heyvan hüquqlarını müdafiə edən qanun qəbul edilib

Niderlandda heyvan hüquqlarını müdafiə edən qanun qəbul edilib
3 İyun 2021
Mətni dəyiş

Niderland parlamenti yeni heyvan hüquqları qanununu qəbul edib. Tətbiqinə 2023-cü ildə başlanılacaq bu qanuna əsasən, artıq heyvanları kiçik klublarda və qəfəslərdə saxlamaq qadağan olunacaq. 

Heyvanlara mümkün qədər təbii davranış sərgiləməsini şərtləndirən qanun çərçivəsində artıq təsərrüfatlarda heyvanların qrup halında saxlanılması mümkün olmayacaq. Mal-qara və donuz balaları doğulduqdan qısa müddət sonra analarından ayrılmayacaqlar.

Bununla bərabər, artıq təsərrüfatlarda ördəklər üçün kiçik hovuzların olması şərt olacaq, atların quyruqları kəsilməyəcək, buzovların və keçilərin buynuzları kəsilməyəcək, dovşanlar qəfəslərdə deyil, torpağı qaza biləcəkləri yerlərdə yaşayacaqlar. Donuzlar qapalı yerlər əvəzinə palçıqda vaxt keçirəcəklər.

Yeni qanuna görə tövlələr, quşçuluq təsərrüfatları yenidən qurulacaq və çox sayda heyvanın eyni qapalı şəraitdə qalmasına icazə verilməyəcək. Bu qaydalar ev heyvanlarına da şamil ediləcək.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun