NATO ölkələrinin Qara dənizdə təlimləri başladı

NATO ölkələrinin Qara dənizdə təlimləri başladı
29 İyun 2021
Mətni dəyiş

ABŞ və NATO müttəfiqləri Rusiyanın etirazlarına baxmayaraq, Qara dənizdə təlimlərə başlayıblar.

Məlumata görə, "Dəniz əsintisi" (Sea Breeze 2021) adlı təlimlərdə 32 ölkədən 5 min hərbçi iştirak edir.

1997-ci ildən bu günə kimi 21 dəfə keçirilən təlimlərdə ümumilikdə 6 qitədən 32 ölkə, 5 min hərbçi, 32 gəmi, 40 təyyarə, 18 xüsusi təyinatlı komando iştirak edəcək.

Vyanada keçirilən hərbi müzakirələr zamanı isə Rusiya təmsilçiləri Amerikaya təlimlərdən sonra hərbi sursatların Qara dənizdən çıxarılma prosesinin şəffaf aparılması haqda çağırış ediblər.

Bundan başqa, Rusiyanın Amerikadakı səfirliyi ötən həftə təlimlərin keçirilməməsi ilə bağlı çağırış etmişdi. Rusiya tərəfi bildirib ki, Qərb təlimlər vasitəsi ilə Ukraynanı silahlandırır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun