NATO ilə Rusiya arasında silahlı insident

NATO ilə Rusiya arasında silahlı insident
23 İyun 2021
Mətni dəyiş
Qara dənizdə insident yaşanıb. Rusiya KİV xəbər verir ki, Böyük Britaniyaya məxsus Defender esminetsinin Rusiyanın su sərhədlərini pozmasının qarşısı alınıb. Hadisə Fiolent burnunda baş verib. Belə ki, Rusiyanın su sərhədlərinə 3 kilometr dərinliyə qədər daxil olan gəmiyə Qara dəniz donanmasının keşikçi gəmiləri tərəfindən xəbərdarlıq atəşi açılıb. Bundan nəticə hasil olmadıqda isə Su-24M təyyarələri tərəfindən 4 xəbərdarlıq xarakterli bomba atılıb. Yalnız bundan sonra Defender gəmisi ərazini tərk edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun