Naftali hakimiyyətdə, Netanyahu müxalifətdə

Naftali hakimiyyətdə, Netanyahu müxalifətdə
14 İyun 2021
Mətni dəyiş

İsrail parlamenti “Yamin” partiyasının sədri Naftali Bennett və “Yeş Atid” partiyasının rəhbəri Yair Lapid tərəfindən formalaşdırılan İsrailin 36-ci koalisiya hökumətini təsdiqləyib.

Yeni hökumətə 120 deputatdan 60-ı dəstəyini ifadə edib.

Belə ki, 60 Knesset üzvü yeni hökumətin qurulmasına tərəfdar olsa da, 59 deputat buna qarşı çıxıb, bir deputat isə bitərəf qalmağı seçib. Nəticədə 36-cı hökumətin yaradılması məsələsi bir səs fərqi ilə parlamentdən keçib.

Bununla da İsraildə 12 il ərzində ilk dəfə Binyamin Netanyahunun “Likud” partiyasının iştirakı olmadan koalisyon hökumət formalaşdırılıb. “Yamin” partiyasının lideri Naftali Bennetin Knessetdə 13-cü baş nazir olaraq andiçmə mərasimi keçirilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun