44 günlük II Qarabağ müharibəsində itkin düşmüş daha bir hərbi qulluqçunun nəşi tapılıb.
Bu barədə iyunun 7-də Baş Prokurorluq və Hərbi Prokurorluğun birgə məlumatında bildirilir.
Qeyd olunub ki, əsgər Məsimov Əkbər Yunis oğlunun meyiti tapılaraq ailəsinə təhvil verilib.
"İtkin düşmüş daha bir hərbi qulluqçunun – müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Məsimov Əkbər Yunis oğlunun meyiti tapılaraq, şəxsiyyəti müəyyən edilməklə aidiyyəti üzrə verilməsi üçün zəruri tədbirlərin görülməsi təmin olunub", - deyə məlumatda qeyd olunub.