Mübariz Mənsimov İstanbuldan çıxmamaq şərtilə ev həbsindən azad edilib.
Bu barədə “Palmali Holdingin” mətbuat xidmətinin rəhbəri Fidan Quliyeva məlumat verib.
Mübariz Mənsimov 2020-ci ilin mart ayında FETÖ işi üzrə aparılan istintaq çərçivəsində həbs olunub. 2021-ci ilin fevralında İstanbul Cümhuriyyət Prokurorluğu M. Mənsimovun məhkəmə nəzarəti altında şərti azadlığa buraxılması ilə bağlı vəsatət verib. Bu il martın 5-də İstanbul Ədliyyə Sarayında azərbaycanlı iş adamı Mübariz Mənsimovun vəsatəti təmin olunub, o, məhkəmə nəzarəti altında şərti azadlığa buraxılıb.