Miqrant uşaqlar ABŞ sığınacaqlarında xarab yeməklərdən və depressiyadan şikayətləniblər

Miqrant uşaqlar ABŞ sığınacaqlarında xarab yeməklərdən və depressiyadan şikayətləniblər
23 İyun 2021
Mətni dəyiş
ABŞ-da təcili sığınacaqlara göndərilən miqrant uşaqlar saxlanılma şəraitindən şikayətlənərək məhkəməyə müraciət ediblər. Problemlər əsasən xarab yeməklər, təmiz paltar çatışmazlığı və depressiyaya qarşı mübarizə ilə bağlıdır. Bu barədə “Reuters” xəbər yayıb. İddialarda ABŞ prezidenti Co Bayden administrasiyası tərəfindən miqrant uşaq sayının kəskin artması ilə mübarizə aparmaq üçün tikilən təcili sığınacaq şəbəkəsində şərtlər ətraflı izah olunub. Qvatemala, Honduras və El-Salvadordan olan 9-17 yaş arası uşaqlar ABŞ hökuməti tərəfindən nəzarət edilən təcili sığınacaqlarda aylardır gözləmək məcburiyyətində qaldıqlarını iddia ediblər. Eyni zamanda, yaşayış şərtlərindən, xüsusən yatmağa mane olan parlaq işıq, səs-küy, yerli yeməklər, onların qoxusu və ailə üzvləri ilə əlaqə yaratmaq imkanının olmamasından  narazılıqlarını bildiriblər. Son illərdə uşaqlar sərhəd keşik məntəqələrinlən təcili sığınacaqlara daha sürətli köçürülürlər. Hazırda valideyninin müşayiəti olmayan 14 000-dən çox uşaq ABŞ Səhiyyə və İnsan Xidmətləri Nazirliyinin nəzarətindədir. ABŞ qaçqın qəbulu limitini artırıb. Cari maliyyə ilində ölkə 62,5 min miqrant qəbul edəcək.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun