Merkel Britaniyadan Aİ-yə girişin məhdudlaşdırılmasını təklif edib

Merkel Britaniyadan Aİ-yə girişin məhdudlaşdırılmasını təklif edib
28 İyun 2021
Mətni dəyiş
Almaniya kansleri Angela Merkel COVID-19 infeksiyasının "Delta" ştammının Böyük Britaniyada sürətlə yayılması ilə əlaqədar bu ölkədən Avropa İttifaqına (Aİ) girişin məhdudlaşdırılmasını təklif edib. "Times" nəşrinin verdiyi xəbərə görə, o, bunu avropalı həmkarları ilə müzakirə edəcək. Nəşrin məlumatına görə, Almaniya kansleri Britaniyanı COVID-19-la bağlı “narahatlıq doğuran ölkə” elan etmək niyyətindədir. Giriş qadağasının COVID-19-a qarşı peyvənd olunmuş şəxslərə də aid ediləcəyi qeyd olunur. Bildirilib ki, Yunanıstan, İspaniya, Kipr, Malta və Portuqaliya A. Merkelin bu təklifinə müqavimət göstərəcək. O da bildirilib ki, Britaniyanın Baş naziri Boris Conson A. Merkellə görüşdə onu bu qərarı yenidən nəzərdən keçirməyə inandırmağa çalışacaq.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun