Malalanı ölümlə təhdid edən din xadimi həbs olundu

Malalanı ölümlə təhdid edən din xadimi həbs olundu
12 İyun 2021
Mətni dəyiş
Pakistan polisi bir videoda Nobel mükafatı laureatı Malala Yusafzaini sosial mediada yayılan evlilik barədə şərhlərinə görə təhdid edən dini xadimini həbs edib. Yerli polis idarəsinin rəisi Vasim Səccadın sözlərinə görə, din xacimi Müfti Sərdar Əli Haqqani çərşənbə günü Xiber Paxtunxva vilayətinin şimal-qərbindəki Lakki Marvat bölgəsində həbs olunub. Videoda din xadimi Malalanı Pakistana qayıdanda intihar hücumu ilə hədəf alacağını söyləyib. O, iddia edib k, Malalanın bu ayın əvvəlində British Vogue jurnalına verdiyi müsahibədə evlilik haqda söylədikləri İslam dinini təhqir edir. Yusafzai 2012-ci ildə Pakistanlı Taliban üzvünün onu atəş açaraq ağır yaralamasından bəri İngiltərədə yaşayır. O zaman 15 yaşında olan Malala qızların təhsili üçün apardığı kampaniya ilə Talibanı hiddətləndirmişdi. Vogue jurnalına müsahibənin bir yerində Malala deyir: "İnsanların niyə evlənməli olduqlarını hələ də başa düşə bilmirəm. Həyatınızda bir insanın olmasını istəyirsinizsə, niyə evlilik sənədlərini imzalamalısınız? Sənədsiz olmur?" Bu açıqlama Pakistanda sosial mediada səs-küyə səbəb olub və Haqqani kimi islamçıları və din xadimlərini qəzəbləndirib. İslam qanunlarına əsasən, cütlüklər evlilikdən kənar birlikdə yaşaya bilməzlər. Malalanın atası Ziyəddin Yusafzai, qızının ifadələrinin kontekstdən çıxarıldığı haqda tvit yazaraq onu müdafiə edib. İndi 23 yaşında olan Malala 2014-cü ildə uşaqları köləlik, ekstremizm və uşaq əməyindən qorumaq üçün etdiyi işlərə görə Nobel Sülh Mükafatına layiq görülüb. O, 2018-ci ildə qısa müddətlik Pakistanı ziyarət edib. O, hələ də Pakistanda çox məşhurdur, eyni zamanda radikal islamçılar tərəfindən tənqid olunur. Bu ilin fevral ayında Malalaya 2012-ci ildə hücum edən şəxs növbəti dəfə onu sui-qəsdlə təhdid edən tvit yazıb və bu dəfə "səhvə yol verməyəcəyini" vurğulayıb. Daha sonra Twitter onun hesabını həmişəlik blok edib. Bu hadisədən sonra Malala həm Pakistan hərbçilərindən, həm də Baş nazir İmran Xandan atəş açmaqda şübhəli bilinən Ehsanullah Ehsanın hökumət nəzarətindən necə qaçdığını izah etməsini tələb edən tvit atıb. Ehsan 2017-ci ildə həbs olunub, lakin 2020-ci ilin yanvarında Pakistanın kəşfiyyat təşkilatı tərəfindən saxlanıldığı qondarma qoruma evindən qaçıb. Onun həm tutulması, həm də qaçması ətrafında müəmma və mübahisələr davam edir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun