Madonna İstanbuldakı yürüş barədə: "Niyə bu qədər polis var?"

Madonna İstanbuldakı yürüş barədə: "Niyə bu qədər polis var?"
28 İyun 2021
Mətni dəyiş

Məşhur müğənni Madonna İstanbulda keçirilən "Qürur Yürüşü" barədə paylaşım edib.

O, almaniyalı sənət adamı Liana Corcun polislərin önü ilə hərəkət etdiyi videonu özünün "Instagram" hesabında paylaşaraq "Niyə bu qədər polis var?" yazıb.

O, paylaşdığı videonun fonuna məşhur mahnılarından biri "Vogue" mahnısını əlavə edib.

Madonnanı "Instagram"-da 10 milyon şəxs izləyir.

Hər il iyun ayı ərzində LGBT+ icması qürur ayını müxtəlif yollarla qeyd edir. Dünyanın dörd biryanında müxtəlif tədbirlər təşkil olunur. Bir ay ərzində davam edən bu tədbirlərə küçə şənlikləri, icma görüşləri, festivallar, maarifləndirici yığıncaqlar və ən əsası qürur yürüşü daxildir. Əylənmək, özünəsevgi, öz kimliyi ilə qürur duymağı təşviq etməkdən savayı bu tədbirlərin əsas məqsədi LGBT+ fərdlərinin üzləşdiyi məsələlərə diqqət çəkmək, ayrı-seçkiliyə etiraz etmək və siyasi tələblər irəli sürməkdir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun