Macarıstanda uşaqlar arasında homoseksuallığın təbliği qadağan edilib

Macarıstanda uşaqlar arasında homoseksuallığın təbliği qadağan edilib
16 İyun 2021
Mətni dəyiş

Macarıstan parlamenti 18 yaşdan aşağı şəxslər arasında homoseksuallığın təbliğ edilməsini qadağan edən qanun layihəsini qəbul edib.

Keçirilən səsvermədə 157 millət vəkili qanunu dəstəkləyib, 1 millət vəkili isə əleyhinə səs verib. Dəyişiklikləri dəstəkləyən mühafizəkar "Jobbik" partiyası xaric, müxalifət ümumilikdə qərarı boykot edib.

Qanunun pozulacaği halda veriləcək cəzalar isə hələ dəqiqləşməyib. Sözügedən qanunun pedofiliya ilə mübarizə və uşaqları qorumaq məqsədi güddüyü bildirilib.

Avropa Parlamentinin Macarıstan üzrə məruzəçisi Qvendoline Delbos-Coefield isə deyib ki, qanun Avropa dəyərlərinə qarşıdır. O bildirib ki, Macarıstan hökuməti LGBT haqlarına məhdudiyyət gətirmək üçün uşaqlardan istifadə edir.

Bundan əlavə, qanunun qəbul edilməsinə etiraz edən 5 minə qədər şəxs Macarıstanın parlament binasına doğru yürüş edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun