Koronavirusun Hindistan ştammı Ukraynada da aşkarlanıb

Koronavirusun Hindistan ştammı Ukraynada da aşkarlanıb
24 İyun 2021
Mətni dəyiş

İlk dəfə Hindistanda üzə çıxan, daha sonra bir neçə başqa ölkədə də yayılan koronavirusun (Covid-19) "Delta" mutasiyası Ukraynada da aşkar edilib.

Rusiyadan ölkəyə qayıdan 66 yaşlı qadından və 16 yaşlı oğlundan götürülən analizlər müsbət çıxıb.

Bu mutasiyaya ölkədə ilk yoluxma kimi qeydə alınan ana və oğlu karantinə alınıb.

Ukraynada epidemiyanın yayılmasından indiyə kimi 2 milyon 230 min 977 yoluxma, 52 min 123 ölüm qeydə alınıb.

“İlk dəfə Hindistanda aşkarlanan Delta koronavirus ştammı bu günə qədər 92 ölkədə qeydə alınıb”.

Bunu isə  ÜST mütəxəssisi Maria van Kerxove brifinqdə söyləyib. O bildirib ki, bəzi peyvəndlər Delta variantına qarşı daha az təsirli olur, lakin hər halda ağır xəstəliklərin və ölümün qarşısını alır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun