Koçaryana qarşı yeni ittihamlar irəli sürülə bilər

Koçaryana qarşı yeni ittihamlar irəli sürülə bilər
29 İyun 2021
Mətni dəyiş
Ermənistanın eks-prezidenti Robert Koçaryana qarşı yeni ittihamlar irəli sürülüb. Ermənistan KİV xəbər verir ki, bu barədə prokuror Gevork Baqdasaryan açıqlama verib. Baqdasaryanın fikrincə, Konstitusiya Məhkəməsinin Koçaryana qarşı “konstitusion quruluşun devrilməsi” maddəsi ilə açdığı cinayət işinə xitam verməsi proseduru pozuntularla müşahidə olunub. “İlk növbədə, Koçaryan və digər ittiham olunan şəxslər məhkəmə qərarı zamanı iclasda olmayıblar. İkincisi, maddənin anti-konstitusion tanınması cinayət tərkibinin olmaması anlamına gəlmir”. Baqdasaryanın fikrincə, yeni reallıq fonunda Konstitusiya Məhkəməsi Koçaryana qarşı yeni ittihamların irəli sürülməsinə dəstək ola bilər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun