Koçaryan və Sarkisyan seçkilərin nəticələrinin ləğvini tələb etdilər

Koçaryan və Sarkisyan seçkilərin nəticələrinin ləğvini tələb etdilər
28 İyun 2021
Mətni dəyiş
Ermənistan Mərkəzi Seçki Komissiyası 20 iyun tarixli növbədənkənar parlament seçkilərinin yekun nəticələrini açıqlayıb. Nikol Paşinyanın “Vətəndaş sazişi” partiyası 53,91 faiz səslə seçkilərin qalibi olub, Robert Koçaryanın “Ermənistan” bloku 21,9 faiz səs toplayaraq ikinci yeri tutub. Üçüncü yeri Serj Sarkisyanın “Şərəfim var” bloku qazanıb – 5,22 faiz. Seçkilərin nəticələri ilə razılaşmayan müxalifət başda eks-prezident R.Koçaryanın “Ermənistan” bloku olmaqla Mərkəzi Seçki Komissiyasına müraciət edib. Onu Serj Sarkisyanın “Şərəfim var” bloku, habelə 0,36 faiz səs toplayan "Zartonk" Milli Xristian Partiyası dəstəkləyib. Mərkəzi Seçki Komissiyasının sədri Tiqran Mukuçyan bildirib ki, etiraz ərizəsi təqdim edən siyasi qüvvələr seçicilərə təzyiq edildiyini, zorakılıq hallarının olduğunu, inzibati resurslardan sui-istifadə hallarına yol verildiyini və digər qanun pozuntularının baş verdiyini əsas gətirərək, nəticlərin ləğvini istəyiblər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun