Keniyada fillərə ailələr təsis ediləcək, adlar veriləcək

Keniyada fillərə ailələr təsis ediləcək, adlar veriləcək
16 İyun 2021
Mətni dəyiş

Afrika ölkəsi olan Keniyada hökumət nəsli tükənmək təhlükəsi ilə üz-üzə olan fillərin qorunması üçün hər filə ad verilməsi ilə bağlı qərar qəbul edib.

Bununla yanaşı, fillərə qoruyucu ailə qrupları təsis ediləcək və fillərin adlarını bu qoruyucu ailələr verəcək.

Yeni qərarla, qanunsuz ovların qarışısının alınacağı da bildirilib.

Keniyada ümumilikdə 34 min fil yaşayır. Bu fillərdən 3 mini "Amboseli" milli parkında saxlanılır.

Bundan əvvəl də ölkənin digər prezidentləri ölkədə fil və kərgədan kimi nəsli kəsilməkdə olan heyvanları qorumağı qarşısına məqsəd qoyduqlarını bildiriblər, brokanyerliklə həm ölkə, həm də beynəlxalq miqyasda mübarizənin davam etdirilməli olduğunu vurğulayıblar.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun