Kanadada sürücünün qəsdən müsəlman ailəsini vurduğu deyilir - 4 nəfər ölüb

Kanadada sürücünün qəsdən müsəlman ailəsini vurduğu deyilir - 4 nəfər ölüb
8 İyun 2021
Mətni dəyiş

Kanadanın Ontario əyalətinin London şəhərində müsəlman ailədən olan 5 nəfər küçəylə getdikləri zaman bir nəfər avtomobilini onların üzərinə sürüb.

Hadisə nəticəsində 2-si qadın olmaqla 4 nəfər həyatını itirib. 1 uşaq isə yaralanıb. Ağır xəsarətlər alan uşaq hazırda xəstəxanada nəzarət altında saxlanılır.

Qara rəngli avtomobili ilə hadisəni törədən 20 yaşlı gənc isə ərazidən 7 kilometr uzaqda, bir ticarət mərkəzində saxlanılıb.

Məsələ ilə bağlı açıqlama verən polis bildirib ki, hadisənin əvvəlcədən düşünülmüş dini zəmində nifrət cinayəti olmasına dair sübutlar var.

"Bu qurbanların müsəlman olduqlarına görə hədəf alindıqlarına inanırıq", - deyə şəhər polisi bildirib.

Bələdiyyə rəhbərinin əmri ilə şəhərdə üç günlük matəm elan edilib, bayraqlar endirilib. Bələdiyyə sədri “Twitter” hesabında Müsəlman icmasının nümayəndələri ilə görüşdüyünü və onlara başsağlığı verdiyini yazıb. Qeyd edib ki, müsəlmanlar bundan sonra şəhərdə özlərini təhlükəsiz hiss edə biləcəklərinə əmin olsunlar.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun