İsrailin baş nazirindən İbrahim Rəisi ilə bağlı açıqlama

İsrailin baş nazirindən İbrahim Rəisi ilə bağlı açıqlama
21 İyun 2021
Mətni dəyiş

İsrailin baş naziri Naftali Bennet İrandakı prezident seçkilərində mühafizəkar namizəd İbrahim Rəisinin qələbə çalmasına münasibət bildirib.

Bennett bu barədə Nazirlər Kabinetinin iclasında öncə danışıb.

O deyib ki, İranda mühafizəkar namizədin prezident seçilməsi böyük güclər üçün bir siqnal olmalıdır. Bennet bildirib ki, bu, nüvə sazişinə qayıtmazdan əvvəl sonuncu siqnaldır.

"Kiminlə mübarizə apardıqlarına baxmalıdırlar, belə bir cəllad rejim kütləvi qırğın silahlarına sahib olmamalıdır", - deyə İsrailin baş naziri bildirib.

İranda prezident seçkiləri keçirilib. İbrahim Rəisi seçkilərdə iştirak etmiş 28,6 milyon seçicidən 17,6 milyon nəfərinin səsini qazanaraq qalib gəlib. Əvvəlcə İran prezidenti vəzifəsi uğrunda 7 namizəd mübarizəyə qoşulsa da, sonradan onlardan üçü namizədliyini geri götürüb. Əsas mübarizə İranın məhkəmə hakimiyyətinin rəhbəri İbrahim Rəisi, digər iki mühafizəkar siyasətçi - Məsləhət Şurasının katibi Möhsün Rzayi və İran parlamentinin vitse-spikeri Əmir Hüseyn Qazizade Haşimi, həmçinin İran Mərkəzi bankının keçmiş rəhbəri Əbdülnasir Himməti arasında gedib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun