İsrail yenidən maska taxma məcburiyyətinə qayıdır

İsrail yenidən maska taxma məcburiyyətinə qayıdır
26 İyun 2021
Mətni dəyiş
İsraildə bu gündən qapalı yerlərdə maska taxma məcburiyyəti yenidən tətbiq ediləcək. “RİA Novosti” bu barədə ölkənin Səhiyyə Nazirliyinin açıqlamasına istinadla xəbər yayır. Bildirilir ki, qərar koronavirusun yayılmasının artması səbəbindən verilib. “Yoluxmanın artması ilə əlaqədar olaraq bu gün saat 12:00-dan açıq məkanlar istisna olmaqla hər yerdə maska taxma məcburiyyəti tətbiq edilir”, - deyə məlumatda qeyd olunur. Yeddi yaşına qədər uşaqlar istisna təşkil edir. Eyni zamanda, idmanla məşğul olarkən maska taxmaq məcburiyyəti yoxdur. Qeyd edək ki, İsraildə karantin məhdudiyyətlərinin əksəriyyəti  iyunun 1-də, maska taxmaq məcburiyyəti isə iyunun 15-də ləğv edilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun