İspaniyada da evtanaziya qanuniləşdi

İspaniyada da evtanaziya qanuniləşdi
26 İyun 2021
Mətni dəyiş
İspaniyada koalisiya hökumətinin təşəbbüsü ilə hazırlanan və martın 18-də qanuniləşən evtanaziya qanunu qüvvəyə minib. Bununla İspaniya evtanaziyanın qanuniləşdiyi səkkizinci ölkə olub. “Bu məsələ ilə bağlı mövcud sosial tələbə cavab verdik. Qanunda evtanaziyaya müraciətin məhdudlaşdırılması ilə bağlı zəmanət var. Ciddi və müalicəsi olmayan bir xəstəliyi daşıyan, xroniki ağrılardan əziyyət çəkən hər hansı bir şəxsin ölmək və dözülməz ağrılardan qurtulmaq üçün tibbi yardım tələb edə biləcəyi proqnozlaşdırılır”, - ölkənin Səhiyyə Nazirliyinin yaydığı açıqlamada deyilir. 20 ildən çoxdur müzakirələrə yol açan qanuna görə, İspaniya vətəndaşı olan 18 yaşından böyük, çarəsiz xəstəliklərdən əziyyət çəkənlər evtanaziya tələb edə biləcəklər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun