İspaniyada cinsiyyət seçiminə müstəqillik gətirən qanun

İspaniyada cinsiyyət seçiminə müstəqillik gətirən qanun
30 İyun 2021
Mətni dəyiş

İspaniyada 16 yaşdan yuxarı şəxslərə hansısa tibbi arayış tələbi olmadan cinsiyyətlərini müstəqil şəkildə müəyyən etmək hüququ verən qanun layihəsi qəbul edilib.

İspaniyanın bərabərlik nəziri bildirib ki, bunun xəstəlik olmasına dair iddiaların qarşısı alınacaq və trans fərdlərin qorxu, günahkarlıq hissi keçirmədən xoşbəxt yaşamaları təmin ediləcək.

Bundan əvvəl cinsiyyət dəyişikliyi istəyənlər 2 il ərzində məcburi olaraq hormonlardan müalicə alırdılar. Yeni qanunla bu məcburiyyət də aradan qaldırılacaq.

Bununla yanaşı, 16 yaşdan aşağı şəxslərin də cinsiyyət dəyişikliyinə valideynlərinin razılığı ilə icazə veriləcək.

Bəzi aktivistlər isə qanun layihəsinin əleyhinədirlər. Onlar layihəni yarımçıq hesab edirlər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun