İranın yeni prezidentinin andiçmə mərasiminin vaxtı açıqlanıb

İranın yeni prezidentinin andiçmə mərasiminin vaxtı açıqlanıb
28 İyun 2021
Mətni dəyiş
İranın yeni seçilmiş prezidenti İbrahim Rəisinin andiçmə mərasimi avqust ayının 3-də keçiriləcək. Bu barədə İran parlamentinin spiker müavini Əli Nikzad bildirib. O deyib ki, andiçmə mərasimi parlamentin binasında təşkil olunacaq və tədbirin keçirilməsi üçün hazırlıqlar görülüb. Andiçmə mərasimində əcnəbi qonaqlar da iştirak edəcək. Qeyd edək ki, İbrahim Rəisi İranın 13-cü dövr prezident seçkilərində 18 021 945 səslə qalib gəlib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun