İranın nüvə sazişinin canlandırılması danışıqlarına müvəqqəti ara verildi

İranın nüvə sazişinin canlandırılması danışıqlarına müvəqqəti ara verildi
21 İyun 2021
Mətni dəyiş
İranın nümayəndə heyətinin rəhbəri Abbas Araqçı bildirib ki, İran və altı dünya qüdrətinin 2015-ci il nüvə sazişini canlandırmaq üçün aparılan danışıqlar təxirə salınacaq və müzakirəçilər məsləhətləşmələr üçün ölkələrinə qayıdacaq. Abbas Araqçı Vyanadan İran Dövlət Televiziyasına verdiyi açıqlamada deyib ki, indi həmişəkindən daha çox razılığa yaxınlaşırlar. "Lakin razılıq və aramızdakı fikir ayrılıqları hələ də qalmaqdadır". O, bunların aradan qaldırılmasının asan bir iş olmadığını bildirib. Rəsmi danışıqların nə vaxt bərpa ediləcəyi bəlli deyil. İranda cümə günü sərtxətt tərəfdarı İbrahim Rəisi prezident seçkilərində praqmatist Həsən Ruhanini əvəz edərək qələbə əldə edib. Ancaq bu, İranın bütün böyük siyasətlərində son sözünü deyən ali ruhani lider Ayətullah Əli Xameneyi dövründə nüvə müqaviləsini bərpa etmək və ABŞ-ın sərt neft və maliyyə sanksiyalarından qurtarmaq səylərini pozmayacaq. Amnesty International Rəisinin qələbəsinə dair xəbərlərə cavab olaraq onun insanların yoxa çıxması, işgəncələr, qətllər və insan haqlarına qarşı “nəzarətdən çıxan təqiblər”dəki rolu ilə bağlı araşdırmanın aparılmasına yenidən çağırış edib. Seçkidə rəsmi seçici fəallığının 48.8 faiz olduğu bildirilir ki, bu, 1979-cu ildə baş verən İslam İnqilabından bəri ən aşağı göstəricidir. Aprel ayından bəri Vyanada İranın müqavilənin şərtlərinə tam riayət etməsi müqabilində ABŞ-ın sanksiyaların ləğvi ilə bağlı danışıqlar davam edir. Bu arada, İranda “Buşəhr” atom elektrik stansiyası bağlanıb. “Haber Global” bildirir ki, bu barədə ölkənin dövət televiziyası məlumat yayıb. Məlumatda tədbirin müvəqqəti xarakter daşıdığı qeyd olunub. Həmçinin vurğulanıb ki, stansiyanın bağlanması texniki problemlə əlaqədardır və yaxın bir neçə gün ərzində onun fəaliyyəti bərpa olunacaq.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun