İranın ən böyük hərbi gəmilərindən biri batıb

İranın ən böyük hərbi gəmilərindən biri batıb
2 İyun 2021
Mətni dəyiş

İran Dəniz Donanmasına aid olan "Hark" gəmisi Oman dənizində batıb. Bu barədə İranın rəsmi orqanları məlumat yayıblar.

Məlumata görə, gəmidə alovlanma baş verib, 20 saatlıq yanmadan sonra gəmi dənizin dibinə enib.

İran ordusunun yaydığı məlumatda gəminin batdığı təsdiqlənib. Bildirilib ki, gəmidəki bütün texniki heyəti və vacib avadanlıqları xilas etmək mümkün olub. Ordu bildirib ki, yanğının necə baş verməsi ilə bağlı hələlik dəqiq bir şey demək mümkün deyil, araşdırma aparılır.

"Hark" gəmisinin 40 ildir dəniz donanmasında istismar olunduğu və donanmanın ən böyük gəmilərindən biri olduğu qeyd olunub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun