İranda “sükut günü”dür

İranda “sükut günü”dür
17 İyun 2021
Mətni dəyiş
İranda iyunun 18-də keçiriləcək prezident seçkiləri ilə əlaqədar aparılan təbliğat-təşviqat kampaniyası bu gün səhər saat 07:00-da başa çatıb. Bu gün İranda “sükut günü”dür. Sabah xalq öz seçimini edərək növbəti 4 il üçün İranın yeni prezidentini seçəcək. İranda prezident postu uğrunda 4 nəfər - İranın Məhkəmə Sisteminin sədri Seyid İbrahim Rəisi, Mərkəzi Bankın sədri Nasir Himməti, Məsləhət Şurasının katibi, SEPAH-ın sabiq komandiri Möhsin Rzayi və sabiq deputat Seyid Əmir Hüseyn Qazizadə Haşimi mübarizə aparacaq. Yerli mətbuat əsas mübarizənin İ. Rəisi ilə N. Himməti arasında gedəcəyini bildirir. Sabah səsvermə saat 08:00-dan başlayaraq 00:00-dək davam edəcək. İran Daxili İşlər Nazirliyi seçkilərin nəticələrinin şənbə günü səhərədək açıqlanacağını bildirib. İranda seçkilərdə 60 milyona yaxın insanın səsvermə hüququ var.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun