İranda prezidentliyə namizədlərdən 2-si geri çəkildi - 5 nəfər qaldı

İranda prezidentliyə namizədlərdən 2-si geri çəkildi - 5 nəfər qaldı
16 İyun 2021
Mətni dəyiş
İranın Prezident seçkilərində iştirakına icazə verilmiş 7 namizəddən 2-si - Möhsün Mehralizadə və Əlireza Zakani namizədliklərini geri götürüb. Bu barədə İran mətbuatı məlumat yayıb. Bununla da İranda iyunun 18-də prezidentlik uğrunda yarışanların sayı 5 nəfər olacaq. Hazırkı Prezident Həsən Ruhani bu vəzifədə maksimum iki müddətini başa vurduğu üçün üçüncü dəfə öz namizədliyini irəli sürə bilməyib. Seçkidən əvvəl yüzlərlə namizəd qeydiyyata alınsa da, seçki prosesinə nəzarət edən Qəyyumlar Şurası yalnız yeddi nəfəri təsdiqləmişdi. Namizədlər aşağıdakı şəxslərdi: İbrahim Rəisi Möhsün Rezai Səid Cəlili Əbdülnasir Həmmati Əmirhüseyn Qazizadə Haşimi Mühafizəkar namizəd İbrahim Rəisi seçkilərin əsas namizədi sayılır. İbrahim Rəisinin rəqiblərindən heç biri onun qədər nüfuzlu fiqur sayılmır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun