İran borcunu ödədikdən sonra BMT-də yenidən səsvermə hüququ əldə edib

İran borcunu ödədikdən sonra BMT-də yenidən səsvermə hüququ əldə edib
12 İyun 2021
Mətni dəyiş

İran Birləşmiş Millətlər Təşkilatına (BMT) olan borcunu ödədikdən sonra səsvermə hüququnu yenidən əldə edib.

Bu barədə İranın BMT-dəki daimi nümayəndəsi Məcid Taxt-Rəvançi məlumat yayıb. O bildirib ki, ABŞ-ın qanunsuz maliyyə sanksiyalarına baxmayaraq, ölkəsi bu borcu ödəyə bilib.

Məcid Taxt-Rəvançi "ABŞ-ın qanunsuz sanksiyaları xalqımızı yalnız dərmanlardan məhrum etmədi, həm də İranın BMT-yə borcunu ödəməsinə də mane oldu. 6 aydır bu məsələ üzərində işləyirik və BMT borcunu aldığını elan etdi. Bütün qeyri-insani sanksiyalar dərhal qaldırılsın", - deyə bildirib.

BMT Nizamnaməsinin 19-cu maddəsinə görə, bir ölkənin quruma olan borcu son 2 ildə verdiyi ödənişdən çoxdursa, bu ölkənin BMT Baş Assambleyasında səsvermə hüququ dayandırılır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun