İngiltərədə siqareti atan hamilə qadınlara pul verilə bilər

İngiltərədə siqareti atan hamilə qadınlara pul verilə bilər
25 İyun 2021
Mətni dəyiş

İngiltərə siqaret istifadəsini azaltmaq üçün hamilə qadınlara pul hədiyyə etməyi düşünür.

İngiltərə mətbuatında yayılan məlumatlara görə, tütün istifadəsindən imtinaya təşviq üçün nəzərdə tutulan qaydayla, siqaretdən imtina edən hamilə qadınlara 400 sterlinq dəyərində alış-veriş kuponu hədiyyə ediləcək.

Qadınların pulu almadan əvvəl siqareti atdıqlarını təsdiqləyən bioloji testlərdən keçməli olduqları vurğulanıb.

Məlumata görə, İngiltərədə hamilə qadınların ən azı 10%-i siqaret istifadə edir. Bu da həm uşaqlarda, həm də özlərində çeşidli xəstəliklər yaradır.

Açıqlamaya görə, yeni ideya həm effektiv, həm də maliyyə baxımından uyğun olacaq.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun