İngiltərədə hərbi sirr hesab olunan sənədlər avtobus dayanacağından tapılıb

İngiltərədə hərbi sirr hesab olunan sənədlər avtobus dayanacağından tapılıb
28 İyun 2021
Mətni dəyiş

İngiltərədə Müdafə Nazirliyinə aid hərbi sirr hesab olunan 50 səhifəlik gizli sənədlər avtobus dayanacağında tapılıb.

Bu barədə məlumatı BBC yayıb. Məlumata görə, ölkənin Qara Dənizə girdikdən sonra Rusiyanın hansı həmlələri ilə qarşılaşa biləcəklərinə dair məlumatlar da bu sənədlərdə olub. Sənədlərin digər qismində isə ABŞ liderliyindəki NATO təlimi başa çatdıqdan sonra Əfqanıstandakı mümkün ingilis hərbi varlığı ilə bağlı planlar açıqlanıb.

Rəsmi orqanlar bildiriblər ki, sənədləri bir sivil şəxs tapıb və dövlət orqanlarına verib. Məsələ ilə bağlı araşdırma başladılıb.

İngiltərə Müdafiə Nazirliyi bir əməkdaşlarının həssas məlumatların olduğu sənədi itirdiyini açıqlayıb, ancaq məsələ ilə bağlı geniş açıqlama verməyib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun