İndi də Almaniyada saxta bomba xəbərdarlığına görə Ryanair təyyarəsi endirilib

İndi də Almaniyada saxta bomba xəbərdarlığına görə Ryanair təyyarəsi endirilib
1 İyun 2021
Mətni dəyiş

İrlandiya - Polşa səyahəti həyata keçirən Ryanair sərnişin təyyarəsi bu dəfə də saxta bomba xəbərdarlığına görə Berlində məcburi eniş edib. 

Təyyarə ayın 31-nə kimi uçuş həyata keçirə bilməyib. Hüquq mühafizə orqanları insanları uzaqlaşdırdıqdan sonra onların əşyaları da daxil olmaqla təyyarəyə baxış keçiriblər, ancaq bomba aşkar edilməyib.

Mayın 23-də Afina-Vilnüs marşrutu üzrə uçan İrlandiyanın "Ryanir" şirkətinə məxsus təyyarə göyərtəsində bomba olması ilə bağlı Minsk aeroportundan gələn tələb nəticəsində yerə endirilib. Təyyarəni müşayiət etmək üçün Belarus Hərbi Hava Qüvvələrinə məxsus "MiQ-29" qırıcılarının havaya qaldırıldığı bildirilir. Təyyarə Belarus hava limanına endirildikdən sonra isə xüsusi təyinatlılar göyərtədə olan "Nexta" teleqram-kanalının sabiq baş redaktoru Roman Protaseviçi həbs ediblər.

Belaruslu müxalif jurnalist və bloqer Roman Protaseviç Lukaşenko hakimiyyəti tərəfindən kütləvi iğtişaşlar təşkil etməkdə günahlandırılır. Belarus onu beynəlxalq axtarışa vermiş və  "terrorçu siyahısına" daxil etmişdi. Həyatına təhlükə olacağından ehtiyat etdiyi üçün Protaseviç bir neçə il əvvəl ölkəsini tərk etmişdi.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun