İmran xan təcavüzə məruz qalan qadınları açıq geyinməkdə günahlandırıb

İmran xan təcavüzə məruz qalan qadınları açıq geyinməkdə günahlandırıb
26 İyun 2021
Mətni dəyiş

Pakistanın baş naziri İmran Xanın açıqlamaları ölkədə narazılıqla qarşılanıb.

Nazir "Axios" qəzetinə müsahibəsində təcavüzə məruz qalan qadınları açıq geyinməkdə ittiham edib.

"Əgər bir qadın açıq geyimlər geyinirsə, bu, kişilərə təsir edəcək", - deyə o, bildirib.

Jurnalistin "Qadınların açıq geyinməsi cinsi təcavüzə əsas ola bilərmi?" sualına İmran Xan cavab olaraq bildirib ki, bu, hansı toplumda yaşamağınla bağlıdır: "Bir toplumda insanlar bunu görməyə alışqan deyilsə, onlara təsir edə bilər", - deyə baş nazir əlavə edib.

İmran Xanın bu açıqlaması Pakistanda qadınlar və qadın haqları təşkilatları tərəfindən tənqidə məruz qalıb.

Onlar bildiriblər ki, açıqlama qadınları "ağıllı qurbanlar", kişiləri isə "çarəsiz təcavüzçülər" kimi göstərməyə xidmət edir və İmran Xan üzr istəməlidir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun