Haaqa tribunalı Ratko Mladiçin ömürlük həbs qərarını saxlayıb

Haaqa tribunalı Ratko Mladiçin ömürlük həbs qərarını saxlayıb
9 İyun 2021
Mətni dəyiş

Keçmiş Yuqoslaviya məhkəməsinin ömürlük həbsə məhkum etdiyi Bosniyada olan serblərin sabiq lideri Ratko Mladiç barədə növbəti məhkəmə hökmü açıqlanıb.

Haaqa tribunalının apellyasiya palatası Ratko Mladiçin bəraət müraciətini rədd edib, onun ömürlük həbs cəzasını təsdiq edib.

1995-ci ilin iyul ayında Srebrenitsa şəhərində azı 8300 bosniyalı müsəlmanın qətlinə fərman vermiş general insanlığa qarşı cinayət, soyqırımı və müharibə cinayətlərində günahkar sayılıb.

“Bosniya qəssabı” ləqəbi almış R.Mladiç 16 il ərzində ədalət mühakiməsindən gizlənsə də, 2011-ci ilin mayında Serbiyada həbs olunaraq Haaqaya gətirilib. 2017-ci ilin noyabr ayında beynəlxalq hərbi tribunal onun barəsində ömürlük həbs hökmü çıxarıb. General qərardan apellyasiya şikayəti versə də, onun şikayəti təmin olunmayıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun