24 İyun 2021
Mətni dəyiş
Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Kəlbəcərin azad olunmasına görə”, “Ağdamın azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Laçının azad olunmasına görə”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamla 10 mindən çox hərbi qulluqçu “Suqovuşanın azad olunmasına görə” medalı ilə, 2600-dən çox hərbi qulluqçu “Laçının azad olunmasına görə” medalı ilə, 4200-dən çox hərbi qulluqçu “Kəlbəcərin azad olunmasına görə” medalı ilə, 3500-dən çox hərbi qulluqçu “Ağdamın azad olunmasına görə” medalı ilə, 5700-dən çox hərbi qulluqçu “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edilib.
Təltif edilən hərbçilərin arasında generallar da daxil olmaqla yüksək rütbəli zabitlər də var.