Gürcüstan pandemiya cərimələrini silir

Gürcüstan pandemiya cərimələrini silir
24 İyun 2021
Mətni dəyiş

Gürcüstan hökuməti koronavirus (Covid-19) pandemiyası dövründə cərimələnən şəxslərin cərimələrinin silinməsi ilə bağlı qərar verib. 

Bu barədə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili bildirib. Nazir deyib ki, karantin qaydalarının pozulmasına görə tətbiq edilən, lakin ödənilməmiş cərimələr əfv ediləcək. Artıq bu təklif parlamentə verilib. “Cərimələrin silinməsi 245 min vətəndaş və 344 hüquqi şəxsi əhatə edəcək. Ümumi cərimə məbləği 76 milyon laridir” - deyə, Qaribaşvili bildirib.

Gürcüstanda ötən sutkada daha 656 nəfərdə koronavirus aşkarlanıb, 861 nəfər müalicə olunaraq sağalıb. Son 24 saatda 17 ölüm halı qeydə alınıb. Hazırkı dövrədək qonşu ölkədə COVID-19-a 361 484 nəfər yoluxub. Onların 347 653-ü sağalıb, 5 228-i dünyasını dəyişib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun