Fransa 7 ildən sonra prezident təyyarəsini Liviyaya qaytardı

Fransa 7 ildən sonra prezident təyyarəsini Liviyaya qaytardı
21 İyun 2021
Mətni dəyiş
Son 7 ildə Fransada saxlanılan Liviyanın prezident təyyarəsi “Airbus A340” ölkəyə qaytarılıb. Bu barədə Liviya Milli Birlik Hökumətinin Baş naziri Əbülhəmid Dibeybe açıqlama verib. Təyyarə bu gün Tripolidəki Mitika hava limanına enib. “2014-cü ildən bəri maliyyə və texniki səbəblərdən dolayı Fransada saxlanılan “A340” təyyarəsi geri qaytarıldı. Bu təyyarə Liviya xalqına məxsusdur”, - deyə Baş nazir qeyd edib. Onun sözlərinə görə, laynerin gələcək taleyini Liviya xalqı həll edəcək. Eyni zamanda, Dibeyde xaricdə saxlanılan digər 12 təyyarə də yaxın gələcəkdə Liviyaya qaytarılacaq.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun