Feysbuk Trampın hesabının hələ iki il də bağlı qalacağını bildirib

Feysbuk Trampın hesabının hələ iki il də bağlı qalacağını bildirib
5 İyun 2021
Mətni dəyiş
Feysbuk Amerikanın sabiq prezidenti Donald Trampın hesablarının ən azı daha iki il açılmayacağını bildirib. Feysbukdan verilən açıqlamada qeyd olunub ki, Trampın 6 yanvar 2020-ci ildə bağlanan hesabı 7 yanvar 2023-cü ildə açılacaq. Bundan əvvəl Feysbuk, Tvitter və Yutub kimi sosial şəbəkələr Donald Trampın hesablarını bloklayıb. Şəbəkələr bunu 6 yanvar Konqres hücumundan sonra ediblər. Qərar Trampın şəbəkələrin imkanlarından istifadə edərək insanları radikalizmə çağırması ilə əsaslandırılıb. Buna etiraz edən Donald Tramp isə tərəfdarları ilə müzakirə aparmaq üçün yeni sayt yaradıb. https://www.donaldjtrump.com/desk adlı sayt “Campaign Nucleus” platformasında yığılıb və Trampa tərəfdarları ilə vasitəçisiz danışmağa imkan yaradır. Sayta hələlik Trampın son vaxtlar etdiyi çıxışlar yerləşdirilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun