ETSN: "Ərazidə ağac kəsilməsi faktı olmayıb"

ETSN: "Ərazidə ağac kəsilməsi faktı olmayıb"
30 İyun 2021
Mətni dəyiş

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinin rəisi Namik Xıdırov Lənkəranda meşələrin qırılması ilə bağlı iddialara münasibət bildirib.

Xidmət rəisi Milli Meşə Proqramına uyğun olaraq Lənkəran rayonunda meşə fondunun açıq sahələrinin potensialından səmərəli istifadə etmək məqsədilə açıq meşə fondu torpağının Kənd Təsərrüfatı Nazirliyinin müraciəti əsasında çayçılığın inkişafı məqsədilə çay bağının salınması üçün “Beta Tea” şirkətinə qanunauyğun şəkildə icarəyə verildiyini qeyd edib.

Onun sözlərinə görə, ərazi kol-kos basmış quru sahələrdən və talalardan ibarət olub, ərazidə ağac kəsilməsi faktı olmayıb, olmayacaq və ağacların məhv edilməsindən də söhbət gedə bilməz: "Sözügedən ərazidəki talalar yanğına səbəb ola biləcək kol-kosdan, qurumuş ağaclardan təmizlənir. Ərazi nəzarətə götürülüb".

Bundan əvvəl isə feysbukda "Ecfront" səhifəsi meşə zolağının məhv edilməsi ilə bağlı paylaşım edib.

"Lənkəranin Haftoni kəndi yaxınlığında düzən meşələr məhv edilərək Beta şirkəti üçün çay bağı salmağa hazırlanır. HaL hazırda əməkdaşlarımız ərazidədir. Nahar fasiləsi ilə bağlı işlər dayandırılıb. ETSN 45 hektar meşə fondu torpağını bu şirkətə məhv etməyə razılıq verib. Barbarlıq və çarəsizlik davam edir. 5 hektara yaxın artıq məhv edilib. Geri qalanını qoruya bilərik", - deyə paylaşımda bildirilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun