Dünyanın üçüncü ən böyük almazı tapılıb

Dünyanın üçüncü ən böyük almazı tapılıb
17 İyun 2021
Mətni dəyiş

Dünyanın ən böyük üçüncü almazı Cənubi Afrika ölkəsi olan Botsvanada tapılıb. 

Bu barədə botsvanalı almaz firması "Debswana" açıqlama yayıb.

Açıqlamaya görə, tədqiqatlardan sonra məlum olub ki, 1 iyunda tapılan 1098 karatlıq almaz öz sinfində dünyanın ən böyük üçüncü dəyərli daşıdır.

Bildirilib ki, tapılan almaz paytaxta gətirilərək ölkə başçısına da göstərilib: "Bu almaz mübarizə içində olan ölkəmizlə bağlı çox şeyi ifadə edir, yeni ümidlər verir", - deyə qeyd edilib.

Bu günə qədər isə dünyada tapılan ən böyük almaz 3106 karatlıq "Cullinan" almazı olub. Bu almaz da 1905-ci ildə Cənubi Afrika regionunda tapılıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun