Dünyanın 10 nəhəng bankının istiqraz satınalmasında iştirakına qadağa qoyuldu

Dünyanın 10 nəhəng bankının istiqraz satınalmasında iştirakına qadağa qoyuldu
15 İyun 2021
Mətni dəyiş
Avropa İttifaqı (Aİ) dünyanın 10 nəhəng bankına bazar saxtakarlıqlarında və inhisarçılıqda təqsirli bilindiyinə görə Aİ-nin "NextGenerationEU" proqramını maliyyələşdirmək üçün olan istiqraz satınalma sxemində iştirakına qadağa qoyub. Bu barədə "Financial Times" (FT) yazır. Avropa Komissiyasının sözçüsü FT-yə bildirib ki, komissiya sxemdə iştirak edən qurumların uyğun gəlməsini yoxlamaq üçün ən ciddi yanaşmadan istifadə edib. Əlavə olaraq, inhisarçılıqda təqsirli bilinən banklar pozuntuların təkrarlanmasının qarşısını alan "düzəliş tədbirləri"ni gördüklərini göstərməlidirlər. Aİ-nin yeni 800 mlrd. avroluq bərpa proqramını maliyyələşdirmək üçün yeni 10 illik istiqrazların satışında iştirak etməkdən "Citigroup", "JPMorgan", "Barclays", "Bank of America", "Natixis", "Nomura", "NatWest", "UniCredit", "Deutsche Bank" və "Credit Agricole" kimi nəhəng banklar kənarlaşdırılıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun