Danimarka sığınacaq istəyənləri Avropadan kənarda qaçqın düşərgəsində saxlayacaq

Danimarka sığınacaq istəyənləri Avropadan kənarda qaçqın düşərgəsində saxlayacaq
4 İyun 2021
Mətni dəyiş

Danimarka Parlamenti miqrantlarla bağlı yeni qanun qəbul edib. Qanuna əsasən, miqrantlar oturum alana qədər Avropadan kənarda, bir sığınacaqda saxlanılacaqlar.

Danimarka 2015-ci ildən sonra miqrant problemləri yaşayan ölkələrdən biri olub.

Ölkə keçən həftə oturum icazəsi verdiyi 94 suriyalının icazəsini ləğv edib deportasiya qərarı verdiyinə görə tənqidlərə məruz qalmışdı. Qəbul olunan yeni qərarın da belə müzakirələrə səbəb olacağı gözlənilir.

Parlamentdə səsverməyə qoyulan qanun 24 nəfər əleyhinə, 70 nəfər isə lehinə olmaqla qəbul edilib.

Qanunun hədəfində əsasən Afrika ölkələrindən olan miqrantların da olduğu bildirilir.

Danimarkanın hökumət partiyasının miqrantlarla bağlı nümayəndəsi Rasmus Stoklud bildirib ki, yeni qanundan sonra artıq Danimarkada oturum icazəsi almaq istəyənlər biləcəklər ki, onlar icazə alana kimi Danimarkada qalmayacaqlar: "Ümid edirik ki, bunu nəzərə alıb, oturum üçün müraciət etməkdən imtina edəcəklər", - deyə o, vurğulayıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun