İspaniyada koronavirus tədbirləri çərçivəsində tətbiq olunun maska taxma qaydası ləğv edilir.
“RİA Novosti” məlumat verir ki, bu barədə ölkənin baş naziri Pedro Sançez açıqlama verib.
Onun sözlərinə görə, iyunun 26-dan etibarən ölkədə açıq havada maska taxma qaydası ləğv ediləcək.
“Bu, açıq havada son maskalı həftə sonu olacaq”, - deyə ispaniyalı nazir vurğulayıb.
Xatırladaq ki, İspaniyada ötən ilin mart ayından açıq havada maska taxma qaydası tətbiq olunur. Ölkədə indiyə qədər koronavirusa 3 753 228 yoluxma, 80 634 ölüm qeydə alınıb.