Corc Floydun ölüm anını çəkən şəxsə nüfuzlu media mükafatı verilib

Corc Floydun ölüm anını çəkən şəxsə nüfuzlu media mükafatı verilib
12 İyun 2021
Mətni dəyiş

Amerikada saxlanılarkən polis zorakılığına görə dünyasını dəyişən afroamerikalı Corc Floydun ölüm anını çəkən Darnella Frazierə "Pulitzer" mükafatı verilib.

Sözügedən videonu çəkərkən 17 yaşında olan Frazier dünyanın ən prestijli media mükafatlarından olan "Pulitzer"-i sahiblənib.

Frazierin çəkdiyi video dünyada polis zorakılığına qarşı etirazların miqyasını artırıb. Görüntülər həm də məhkəmədə tutarlı sübut kimi istifadə olunub.

2020-ci il mayın 25-də ABŞ-da polislər afroamerikalı Corc Floydun saxlanılması zamanı boğucu fənddən istifadə edib. Bundan bir qədər sonra Floyd dünyasını dəyişib. Mayın 26-da Şovini və afroamerikalının saxlanılmasında iştirak edən daha üç polis işdən kənarlaşdırılıb.

Floydun ölümündən sonra ABŞ-da kütləvi etirazlar və iğtişaşlar olub. Vaşinqton və Nyu-York da daxil olmaqla, təxminən 40 şəhərdə komendant saatı tətbiq edilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun