Corc Floyd işində hökm oxundu

Corc Floyd işində hökm oxundu
26 İyun 2021
Mətni dəyiş

ABŞ-ın Minnesota ştatında afroamerikalı Corc Floydu saxlayan zaman onun ölümünə səbəb olan keçmiş polis əməkdaşı Derek Şovinə hökm oxunub.

Keçmiş polis əməkdaşı məhkəmənin qərarı ilə 22,5 il azadlıqdan məhrum edilib. Prokurorluq onun 30 il azadlıqdan məhrum edilməsini istəsə də, məhkəmə Derek Şovinin əvvəllər cinayət məsuliyyətinə cəlb olunmadığını nəzərə alaraq yüngülləşdirici hal kimi qəbul edib, onu 22 il 5 ay azadlıqdan məhrum edib.

Keçmiş polisin anası Kerolin Polenti isə hakimləri mərhəmətli olmağa səsləyərək deyib ki, oğlu heç də bəzilərinin göstərməyə çalışdığı kimi qəddar və rəhimsiz adam deyil.

Corc Floyd 2020-ci il mayın 25-də saxlanılma zamanı polis əməkdaşı Derek Şovin 10 dəqiqə ərzində dizilə onun boğazından basdığına görə, boğulub ölmüşdü. Onun ölümü irqi zəmində böyük etirazlara və “Black lives matter” hərəkatına səbəb olmuşdu.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun