Çinin Pekin Universitetinin öncüllüyü ilə aparılan araşdırmaların nəticəsinə görə, ölkədə hər 5-6 cütlükdən biri uşaq sahibi ola bilmir.
Ölkədə 1 il ərzində cinsi əlaqədə olub uşaq sahibi olmayan şəxslər "sonsuz" olaraq qəbul olunur. Aparılan araşdırmalara görə, 2007-də 12% olan sonsuzluq, 2020-də 18%-ə kimi qalxıb.
Çində 2018-ci ildə 12 milyon uşaq dünyaya gəlib ki, bu da 2019-cu illə müqayisədə 18% az deməkdir.
"The Lancet" yazır ki, Çində demoqrafik vəziyyət səbəbilə uşaq sayına limit qoyulduğuna görə, heç kim sonsuzluqdan irəli gələn problemləri ciddiyə almır.