Çexiya Rusiyadan 25.5 milyon avroluq təzminat tələb edir

Çexiya Rusiyadan 25.5 milyon avroluq təzminat tələb edir
29 İyun 2021
Mətni dəyiş
Çexiya hökuməti rəsmi olaraq Rusiyadan 25.5 milyon avro dəyərində təzminat tələb edib. Bu barədə Çexiya KİV-i məlumat yayıb. Məlumata əsasən, Çexiya XİN başçısının müavini Martin Smolek Rusiyanın ölkədəki səfiri Aleksandr Zmeyevskiyə müvafiq nota təqdim edib. Bildirilib ki, təzminat tələbi 2014-cü ildə ölkənin Vrbetise kəndi yaxınlığındakı silah-sursat anbarlarındakı partlayış səbəbindən irəli sürülüb. Qeyd edək ki, Çexiya həmin partlayışda məhz Rusiyanı ittiham edərək, 88 rusiyalı diplomatı ölkədən xaric edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun